"Daha 30 min Ukrayna əsgərinə təlim keçiləcək"

Avropa İttifaqının hərbi missiyası bu ayın sonuna kimi 11 mindən çox, ilin sonuna isə daha 30 min Ukrayna əsgərinə təlim keçəcək.

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel Stokholmda üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Borrelin sözlərinə görə, Aİ missiyası NATO vasitəsilə Ukraynaya çatdırılacaq tanklar üçün ekipajlara da təlim keçəcək.

Aİ, həmçinin Kiyevə silah-sursatın təcili tədarükü üçün Avropa Sülh Fondundan 1 milyard avro ayırmaq niyyətindədir. Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ 155 mm-lik sursatların birgə sürətləndirilmiş alışı üçün layihə hazırlayıb və bu məqsədlə daha 1 milyard avro ayrılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31