Gürcüstanda AKSİYA DAVAM EDİR
8 Mart 2023 19:30 DünyaGürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilir. Qanunverici orqanın yaxınlığına tələbələr, "Qadınlar marşı"nın iştirakçıları, sadə vətəndaşlar, eləcə də müxalifət nümayəndələri gəlib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları çıxışlarında qadınların ölkənin Avropa seçimindən geri çəkilməyəcəklərini qeyd ediblər.
"Avropa seçimi bizdən alına bilməz, Avropa - bizim konstitusiya seçimimizdir", - deyə aksiya iştirakçıları bildirir.
Aksiyada Gürcüstanın dövlət himni səsləndirilib, çıxışlar edilir. Rustaveli prospektində yol bağlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31