“Bu təxribat NATO-nun kritik sualtı infrastrukturunun qorunmasının zəruriliyini təsdiqləyir”

NATO "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində kimin təxribat törədə biləcəyini bilmir.

Olaylar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Bu təxribat NATO-nun kritik sualtı infrastrukturunun qorunmasının zəruriliyini təsdiqləyir", - Stoltenberq bildirib.

Qeyd edək ki, "Nyu York Tayms" qəzeti ABŞ kəşfiyyatının "Şimal axını" kəmərinin partladılmasında ukraynayönlü qrupun iştirakına işarə etdiyini yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31