Çavuşoğlu İrana SƏFƏR EDƏCƏK
8 Mart 2023 13:59 DünyaYaxın vaxtlarda İrana gedəcəyəm.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub:
"Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq".
Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib:
"Həmkarıma "Taxıl sazişi"ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31