Donbas bölgəsində gedən ağır döyüşlər zamanı Ukrayna qəhrəmanı, "Da Vinçi Qurdları" şəxsi batalyonunun rəhbəri Dmitri Kotsyubaylo həlak olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində təsdiqləyib.
Dövlət başçısı onun Baxmut ətrafındakı əməliyyatlarda öldüyünü bildirib.