"Lukaşenkonun ittihamları həqiqəti əks etdirmir"
7 Mart 2023 22:30 DünyaUkraynanın Maçulişi aerodromunda yerləşən Rusiya təyyarəsinə qarşı diversiya hücumu təşkil etməsi ilə bağlı Belarus Prezidenti Aleksandr Lukaşenkonun ittihamları həqiqəti əks etdirmir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
O, Belarus rəsmilərinin açıqlamalarını Ukrayna tərəfdən süni təhdid yaratmaq cəhdi adlandırıb.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ərazisindəki Rusiya təyyarəsi A-50-də təxribat törətmək istəyən Ukrayna casusu və onun 20 şərikinin saxlanıldığını açıqlayıb. Dövlət başçısı təyyarəyə hər hansı zərərin dəymədiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31