BMT baş katibi Ukraynada SƏFƏRDƏDİR

BMT Baş katibi Antonio Quterreş Ukraynada səfərdədir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.

Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.

Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31