Sakit okeanda güclü ZƏLZƏLƏ

Sakit okeanda, Papua-Yeni Qvineya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Axar.az-a xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 14 min insanın yaşadığı Kavienq şəhərindən 73,1 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə əmələ gəlib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31