Hələb hava limanı İsrailin hücumu səbəbindən xidmətdən çıxıb - ÖZƏL
7 Mart 2023 15:30 Dünyaİsrail silahlı qüvvələri ötən gecə Hələb beynəlxalq hava limanına hava zərbəsi endirib .
Olaylar.az xəbər verir ki, bu barədə ərəb respublikasının hərbi rəsmisi məlumat verib.
"İsrail düşməni Aralıq dənizi istiqamətindən Hələb beynəlxalq hava limanını hədəfə alaraq havadan təcavüz aktı həyata keçirib", - SANA rəsmisi bildirib.
O, əlavə edib ki, maddi ziyana səbəb olan hücum nəticəsində hava limanı istismardan çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31