Türkiyədə 18 İŞİD üzvü ələ keçirilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyədə 18 İŞİD üzvü ələ keçirilib. 

Ankara rayon Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi qrupları İŞİD terrorçuları ilə əlaqəsi olduğu müəyyən edilən 20 xarici ölkə vətəndaşına qarşı əməliyyat keçirib. Əməliyyatda 18 şübhəli saxlanılıb. Bildirilib ki, hazırda iki qaçan şəxsin tutulması istiqamətində iş aparılır. Kəşfiyyat və təhlil işlərində xarici terrorçu döyüşçülər (YTS) kateqoriyasında qiymətləndirilən şübhəlilərin əməliyyat və sorğulardan sonra deportasiya edilmək üçün İmmiqrasiya İdarəsinə təhvil veriləcəyi öyrənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31