Fransada aztəminatlı ailələrə ərzaq çekləri paylanacaq- ÖZƏL
7 Mart 2023 11:25 DünyaOlaylar.az xəbər verir ki, Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, aztəminatlı ailələrə "ərzaq çeki" dəstəyinin veriləcəyini açıqlayıb. Le Maire Parisdə bir çox qida tədarükü şirkətinin rəhbərləri ilə görüşüb. İnflyasiya ilə mübarizə və sürətli qiymət artımının qarşısını almaq üçün ən geci iyun ayına qədər bazarlarda ərzaq qiymətlərini sabitləyəcəklərini ifadə edən Le Maire, aztəminatlı ailələrə də "ərzaq çeki" verəcəklərini bildirib. Le Maire, bu təcrübənin xəzinəyə xərcinin yüz milyonlarla avro olacağına diqqət çəkib. Qida tədarükçüləri ilə qiymətləri illik olaraq sabit saxlamaq kimi bir formula üzərində çalışdıqlarını qeyd edən Le Maire, qiymətlərin mümkün qədər aşağı tutulacağını və tədarükçülərin bir-birindən asılı olmayaraq qiymətləri təyin edə biləcəyini söylədi. Digər tərəfdən, sabit qiymətə daxil olan məhsullar üzərində çap olunan 3 rəngli loqo ilə tanınacaq. Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumatına görə, ərzaq məhsullarında inflyasiya səviyyəsi fevral ayı etibarilə illik bazda 14,5 faizə çatıb.