Yüzlərlə xristian “qiyamət günü” qorxusu ilə ölkəsini tərk etdi- ÖZƏL
7 Mart 2023 11:25 DünyaOlaylar.az xəbər verir ki, Uqandadakı Məsihin Həvariləri Kilsəsinə bağlı Şərqi Afrika ölkələrindən olan yüzlərlə xristian "qiyamət" qorxusundan Efiopiyaya keçib. Polis sözçüsü Oscar Ogeca, yüzlərlə Uqandalı xristianın qiyamət və bunun onların bölgələrinə təsirindən qorxaraq Efiopiyaya getdiyini söylədi. Ogeca bildirib ki, təriqət üzvləri qiyamətdən sonrakı Efiopiyada həyatın yenidən başlayacağına inanırlar. Adı çəkilən təriqət mənsublarının Efiopiyaya köçməzdən əvvəl bütün mal varlıqlarını satdıqlarını qeyd edən Oqeca, "Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamətin yeganə təhlükəsiz yeri olduğunu düşünərək Efiopiyaya getdilər" deyib. Mövzuyla əlaqədar araşdırma başladılıb. Uqandada yalan məlumatlarla liderlik edən bəzi təriqətlər bir çox insanın həyatını itirməsinə səbəb olur.