Çin İran və MAQATE arasında əldə olunan razılaşmaları alqışlayır - ÖZƏL

"Çin Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında İranın nüvə dosyesi ilə bağlı razılaşmaları alqışlayıram və ümid edirəm ki, onlar bu məsələ ilə bağlı gələcək danışıqlar üçün şərait yaratmağa kömək edəcəklər".
Olaylar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
"Çin İranın nüvə probleminin həlli məsələsində daha sıx əməkdaşlığa dair İran və MAQATE arasında əldə olunmuş razılaşmaları yüksək qiymətləndirir və tərəflərin dialoq və məsləhətləşmələr vasitəsilə nəzarət zəmanətləri ilə bağlı həll olunmamış məsələlərin həlli istiqamətində səylərini davam etdirmək niyyətini alqışlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31