İranda qız tələbələri zəhərləyənlər edam ediləcək- ÖZƏL
6 Mart 2023 16:42 DünyaOlaylar.az xəbər verir ki, İran Ədliyyə Başçısı Qulamhüseyin Muhsin Ejei bir çox şəhərlərdə qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı müəyyən ediləcək faillərin edamla mühakimə ediləcəyini bildirib. İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Ejei bütün ölkədə narahatlıq yaradan qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı açıqlamalar verib. Ejei, bu iş yer üzündə fitnə-fəsad törətmək cinayətlərindən biridir. Bu işin səbəbkarları müəyyən edilərək yaxalandıqda, şübhəsiz ki, bunlara daxil olan "yer üzündə fitnə-fəsad törətmək" cinayətini törətdiklərinə görə mühakimə olunacaqlar.
İran rəsmisi xüsusilə cinayətkarların və onların işbirlikçilərinin qanunda ən ağır cəza ilə edamını dərhal izləyəcəklərini vurğulayıb. İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, "yer üzündə fitnə-fəsad törətmək" cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur. İran lideri Əli Xamneyi bu gün verdiyi açıqlamada zəhərlənmə hadisələri ilə bağlı hakimiyyət orqanlarına ciddi tədbir görülməsini və günahkarların ən ağır cəza ilə cəzalandırılmasını tapşırıb.