İordaniya Türkiyəyə 11 tonluq yardım göndərib- ÖZƏL

Olaylar.az xəbər verir ki,İordaniya, Kahramanmaraşdakı zəlzələ qurbanları üçün Türkiyəyə 11 ton yardım materialı daşıyan təyyarə göndərdiyini açıqlayıb. İordaniya Haşimilərə Yardım Təşkilatından verilən açıqlamaya görə, Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 11 ton ərzaq və tibbi ləvazimat daşıyan təyyarə Hataya getmək üçün ölkədən ayrılıb. Haşimilərə Yardım Təşkilatının baş katibi Hüseyn əl-Şibli bildirib ki, gələcəkdə zəlzələdən zərər çəkənlərə daha çox yardım göndəriləcək. Fevralın 6-da "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərin ardından İordaniya Türkiyə və Suriyaya yardım materialları daşıyan 13 təyyarə və 110 yük maşını, 10 təcili yardım maşını və 10 min çadır göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31