ABŞ və Yaponiya hərbi təlim keçirir- ÖZƏL

"The Japan Times" qəzetinin xəbərinə görə, Yaponiya Quru Özünümüdafiə Qüvvələri ABŞ dəniz piyadaları ilə birgə "Dəmir yumruq" təlimi çərçivəsində Kaqoşima əyalətindəki Tokunosima adasına desant təlimi keçirib. Cənub-qərb arxipelaqını müdafiə etmək və Çinin artan dəniz varlığına nəzarət etmək üçün birgə bacarıqlarını təsdiq etmək məqsədi daşıyan tərəflər təlimi Nansey adalarına yaxın bir bölgədə keçiriblər. Uzaq adaların müdafiəsi və işğal olunmuş adanın geri alınması simulyasiyası üçün nəzərdə tutulan təlimdə iki ölkənin qoşunları quruya koordinasiyalı şəkildə hərəkət edib. Həmçinin, əsgərlər Kaqoşimanın Kikayjima adasında paraşütlə eniş təlimi keçiriblər. Ötən ay başlayan təlimin martın 12-dək davam etməsi planlaşdırılır. Yaponiya və ABŞ hərbçiləri Okinavadakı ABŞ Dəniz Piyadaları Düşərgəsində birgə təlimləri davam etdirəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31