Çin hərbi təhdidlərə görə müdafiə büdcəsini artırır- ÖZƏL
6 Mart 2023 11:59 DünyaOlaylar.az xəbər verir ki, Çin Milli Konqresi ona qarşı güclənən təhdidlər qarşısında bu il hərbi xərclərini 7 faizdən çox artıracağını açıqlayıb. Qısa zamanda hakimiyyəti təhvil verməsi gözlənilən baş nazir Li Keqiang konqresdəki çıxışında xaricilərin Çini sıxışdırmaq və nəzarət altına almaq cəhdlərinin artdığını bildirib. "Silahlı qüvvələr hərbi hazırlığı və ümumi hazırlığı gücləndirməlidir".
Bundan əlavə, konqresdə ölkənin 2023-cü il üçün böyümə hədəfi yüzdə 5 olaraq açıqlanıb. Pekinin 225 milyard dollarlıq hərbi büdcəsi 4 dəfə böyük olan ABŞ hərbi büdcəsi ilə müqayisədə hələ də zəifdir. Çinin hərbi xərclərini iqtisadi artım gözləntilərini üstələməsi də onun silahlı qüvvələrini gücləndirmək əzminin göstəricisi kimi şərh edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31