Sanksiya paketləri heç bir nəticə vermədi – Peter Szijjarto

Ukraynadakı münaqişəyə yalnız atəşkəslə son qoyula bilər.

Olaylar.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib.

"Birinci məqsəd insanların öldürülməsini dayandırmaqdır ki, bu da atəşkəs razılaşması deməkdir", - nazir bildirib.

Onun sözlərinə görə, Aİ sanksiyaları münaqişəni dayandıra bilməyib.

"Biz artıq 10 sanksiya paketi təqdim etmişik bu, bizi münaqişənin həllinə yaxınlaşdırıbmı? Xeyr. Rusiyanı diz çökdürdü? Xeyr. Bu, bizə zərər verdimi? Bəli. Hesab edirəm ki, "həll yolları"  heç bir nəticə vermədi, çünki biz müharibə zehniyyətinə çox qapılmışıq", -  deyə Szijjarto əlavə edib.

Macarıstanın Kiyevə niyə silah göndərmədiyi ilə bağlı sualı cavablandıran nazir deyib: "Biz Ukrayna ilə qonşu olan dövlətik və daha çox insanın ölməsini istəmirik. Biz silah göndərmirik, biz sülhü müdafiə etməyə davam edirik."

Busaat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31