İtmiş Malayziya təyyarəsinin axtarışı üçün yeni çağırış- ÖZƏL
6 Mart 2023 11:56 DünyaOlaylar.az xəbər verir ki, doqquz il əvvəl müəmmalı şəkildə yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə uçanların ailələri Malayziya hökumətinə müraciət edərək, ABŞ-ın dəniz dibini araşdıran "Ocean Infinity" şirkətinə itkin düşən təyyarəni yenidən axtarmağa icazə verilməsini istəyib. . MH370 reysi 2014-cü il martın 8-də Kuala Lumpurdan Pekinə gedərkən yoxa çıxdıqdan sonra dünyanın ən böyük aviasiya sirrlərindən birinə çevrildi. 2018-ci ildə Malayziya Hind okeanının cənubundakı təyyarəni axtarmaq üçün Ocean Infinity şirkətini işə götürdü və təyyarəni tapacağı təqdirdə 70 milyon dollara qədər ödəməyi təklif etdi. Ancaq əməliyyat qısa müddətli oldu. İtkin düşən sərnişinlərin ailələri tərəfindən qurulan Voice370 qrupu, dəniz robotları firması Ocean Infinity-nin bu yay işə başlamağa ümid etdiyini və Malayziya hökumətini şirkətdən istənilən qiymət təklifini "şərtli ödəniş" əsasında qəbul etməyə çağırdığını bildirib. Müvafiq olaraq, şirkət yalnız təyyarənin yerini müəyyənləşdirməkdə uğur qazandığı təqdirdə ödəniş ala biləcək. Kuala Lumpur-Pekin reysini həyata keçirən Malayziya Hava Yollarına məxsus MH370 reysi 2014-cü il martın 8-də 239 sərnişini ilə birlikdə yoxa çıxıb.