Pakistanda terror hücumu: 9 ölü- ÖZƏL

Olaylar.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu nəticəsində 9 polis məmuru həyatını itirib, 11-i yaralanıb. Dawn qəzetində yer alan xəbərə görə, Kaççi və Sibi bölgələri sərhədində olan Bolanda körpüdə polis maşınına intiharçı hücumu həyata keçirilib. Hücum nəticəsində 9 polis əməkdaşı həyatını itirib, 11-i yaralanıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan isə bu iddiaları rədd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31