İranda yenidən onlarla məktəbli qız zəhərlənib- ÖZƏL
6 Mart 2023 10:57 DünyaOlaylar.az xəbər verir ki, İranın müxtəlif əyalətlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, bir çox şəhərlərdə onlarla qız şagird zəhərlənib. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Şimali Xorasan, Fars, Rezevi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində yeni zəhərlənmə halları qeydə alınıb. Şimali Xorasan Təhsil Baş direktoru Ebulkasim Əkbəri Bocnurd əyalətində iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Əkbəri tələbələrin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətlərinin olduğunu və vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Fars əyalətinin Şiraz və Servistan şəhərlərində 24 tələbə oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rezevi Xorasan əyalətinin Məşhəd və Xuzistan əyalətinin Əhvaz şəhərlərində onlarla tələbə oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib. Digər tərəfdən, Xuzistan əyalətinin 6 şəhərində indiyədək 700 qız şagirdin zəhərləndiyi və bu tələbələrdən 200-nün müşahidə altına alındığı qeyd edilib.