Aleksandr Lukaşenko və Çin Prezidenti arasında görüş olub
4 Mart 2023 23:20 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Pekinə dövlət səfəri zamanı Çin Prezidenti Si Szinpinlə Ukrayna üzrə sülh danışıqları üçün səylərin birləşdirilməsini müzakirə ediblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko məlumat verib.
"Liderlər (Belarus və Çin - red) vurğulayıblar ki, bu münaqişəyə təsir etmək üçün səylərin birləşdirilməsi lazımdır ki, tərəflər məsələlərin sülh yolu ilə müzakirəsinə və bütün dünya üçün əlverişli həllərin axtarışına keçsinlər", -Senko bildirib.
Onun sözlərinə görə, Lukaşenko Belarusun Çinin təşəbbüslərini çox diqqətlə izlədiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31