Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviterdə bildirib.

Görüş Qətərin paytaxtı Dohada BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransı çərçivəsində baş tutub.

"Zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür etdik. Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsini müzakirə etdik", - deyə nazir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31