Yanğında ölənlərin sayı 18-ə YÜKSƏLDİ

İndoneziyanın paytaxtı Cakartada baş verən yanğında ölənlərin sayı 18-ə yüksəlib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Assoşeted Press" məlumat yayıb.

Məlumata görə, hadisə zamanı onlarla insan yaralanıb. Yanğın İndoneziyada ümumi yanacaq istehlakının dörddə birini təmin edən yerli neft şirkəti "Pertamina"nın neft bazasında baş verib.

Hazırda xilasedicilər itkin düşən 16 nəfərin axtarışını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31