Tacikistanda zəlzələ BAŞ VERDİ

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində səhər saatlarında 4 bal gücündə zəlzələ baş verib.

Olaylar.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 05:23-də qeydə alınıb. Onun episentri Düşənbədən 370 km cənub-şərqdə yerləşib.

Hadisə nəticəsində insan ölümü və dağıntı qeydə alınmayıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31