Zəlzələdən sonra Türkiyəyə indi də onlar hücum etdi - VİDEO

Tırtıl dəstələri zəlzələlərdən sonra Türkiyənin cənub-şərqində əkin sahələrinə hücum edib.

Olaylar.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Şirnak vilayətinin Cizrə və İdil rayonlarında aparılan çöl tədqiqatları nəticəsində şam ipəkqurdu tırtılları aşkar edilib.

Qeyd olunur ki, tırtılların təxminən 95%-i yol kənarlarında, yaşayış məntəqələrində və çöllərdə, 5%-i isə becərilən kənd təsərrüfatı torpaqlarının ətrafında olub.

Mütəxəssislər tezliklə tərəvəz və meyvələrin bahalaşmasından danışırlar. Hakimiyyət fermerlərə pestisidlərdən istifadə etməyi tövsiyyə edir, lakin aqronomların özlərinin fikrincə, hələ ki, zərərverici çox deyil. 

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31