"Biz Türkiyəni dünyada təbii fəlakətlərə ən hazırlıqlı ölkə halına gətirəcəyik"

Tariximizin ən ağır insan itkisi və çoxlu dağıntılarının biri müşahidə olduğu 6 fevral zəlzələləri bağlı yeni mərhələnin başlanğıcına çevirəcəyik.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

"Biz Türkiyəni dünyada təbii fəlakətlərə ən hazırlıqlı, fəlakətlərdən sonra ən sürətli və təsirli reaksiya verə bilən ölkə halına gətirməkdə qərarlıyıq", - deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31