Bu şəhər Zaporojye vilayətinin mərkəzi ELAN EDİLDİ

Rusiya Melitopol şəhərini Zaporojye vilayətinin mərkəzi elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski fərman imzalayıb.

"Zaporojye vilayətinin inzibati-ərazi vahidləri yaradılsın: Zaporojye vilayətinin rayon əhəmiyyətli şəhərləri: Melitopol, Berdyansk, Enerqodar. Müəyyən edilsin ki, Melitopol Zaporojye vilayətinin inzibati mərkəzidir", - sənəddə deyilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31