İndoneziyada yanacaq anbarında GÜCLÜ YANĞIN

İndoneziyanın Cakarta şəhərində "Petramina" şirkətinin yanacaq anbarında gecə baş verən yanğında ölənlərin sayı 16-ya çatıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi xilasedicilərə istinadən bildirib.

Məlumata əsasən, onlarla insan ciddi yanıq xəsarətləri alıb. Yaralananların xəstəxanalara çatdırılması davam edir.

Bundan əvvəl İndoneziyanın "Kompas" qəzeti hadisə yerindəki operativ qərargahın lövhəsinə adları yazan xilasedicilərə istinadən yanğında 13 nəfərin öldüyü barədə məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31