Dövlət borcu 110 milyardı ÖTDÜ

Ötən il Ukraynanın dövlət borcu 13 milyard artaraq 111 milyard dollara çatıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

"2022-ci ildə 38,5 milyard dollar həcmində beynəlxalq maliyyə dəstəyi dövlət borcunun cüzi artımına imkan verib. İlin əvvəlinə dövlət borcu 111 milyard dollar olub, əvvəlki illə müqayisədə 13 milyard dollar artıb", - Şmıqal qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31