AB ölkəsindən böhrana səbəb olacaq Qüds addımı- ÖZƏL
3 Mart 2023 16:20 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın İsraildəki səfirliyini Qüdsə köçürməyi planlaşdırdığı iddia edilib. ABŞ-ın keçmiş prezidenti Trampın 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıması bölgədə böyük böhrana səbəb olub və gərginlikdən sonra Türkiyə İsrailin Ankaradakı səfirini çağırıb. İsrail mediası Macarıstanın İsraildəki səfirliyini Qüdsə köçürməyi planlaşdırdığını yazıb. "Times of Israel" qəzetinin yazdığına görə, Macarıstanın ifrat sağçı baş naziri Viktor Orban səfirliyi gələn ay Qüdsə köçürmək planına yaşıl işıq yandırıb. Plan reallaşarsa, Macarıstan səfirliyini Qüdsə köçürən ilk Aİ ölkəsi olacaq. Reuters-ə danışan Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Mate Paczolay, ticarət vahidlərini illər əvvəl Qüdsə köçürdüklərini və yeni addımların tezliklə açıqlanacağını bildirib.