Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyannamə kağız üzərində qalır - ÖZƏL

"Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıda Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçiliyinə qarşı çıxdı. Moskvanın özünün vasitəçiliyini regionda sülhə xidmət edəcəyini vurğuladı". Bunu "Olaylar"a deyən poltoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Rusiyanın vasitəçiliyi ilə iki il ərzində imzalanan bəyanammə və sənədlər kağız üzərində qalı: "Moskva irəliləyişlərə imkan verməyib. Amma, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə müsbət irəliləyişlər əldə edilir. Bu da Moskvada ciddi narahatçılıq yaradır. Məhz N. Paşinyanda Rusiyanın vasitəçiliyində deyil, Qərbin vasitəçiliyində maraqlıdır. Rusiya Qarabağda erməni icması ilə Azərbaycan arasında görüşdə vasitəçilik edir. Bununla Azərbaycana mesaj verir ki, Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyinə üstünlük verilərsə, "erməni icmasının" reinteqrasiyasına dəstək verəcəm. Ermənistana da mesaj verir ki, artıq Azərbaycanın mövqeyini dəstəkləyirəm. Azərbaycan üçün fərqi yoxdur istər, Brüsseldə istərsə, Moskvada maraqlarına uyğun danışıqlara gedəcək. 

Artıq Fransa və Almaniya Avropa İttifaqının sülh təşəbbüslərinə çıxaraq "Qarabağın müstəqilliyindən" danışırlar. Görünür, Arayik Arutunyanda məhz Fransa və Almaniyadan gələn açıqlamara boylanaraq "müstəqillikdən"  danışır. Bir sözlə, həm Moskva, həm də Qərb timsalında Fransa və Almaniya "erməni icmasi" kartından istifadə edərək regionda real sülhün əldə  edilməsinə qarşıdır. Belə götürdükdə, Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməli, "Laçın" dəhlizində Nəzarət buraxılış məntəqəsi qoymaqla hər iki tərəfin əlindən Xankəndi kartına son qoymalıdır. Yoxsa, proses uzadılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31