Yunanıstanda aksiyalar genişlənir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yunanıstanın Larissa şəhərində çərşənbə axşamı axşam azı 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra ölkədə qəzəb artır. Onlarla insanın yaralandığı dəhşətli qəzada ölənlər arasında tətildən qayıdan universitet tələbələri də var. Dünən axşam paytaxt Afina və Salonikidə keçirilən etirazlarda hökumət və dəmir yolu şirkətlərini qəza ilə bağlı tədbir alınma çağırışlarına məsul tutan nümayişçilər əllərində "Həyatımız Dəyərlidir" pankartları daşıyıblar. Yüzlərlə insanın qatıldığı aksiyada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Selanikdəki nümayişçilərə polis müdaxilə edərək çox sayda insanı saxlayıb. Ölkədə dəmir yolları xilas paketi çərçivəsində 2017-ci ildə özəlləşdirilib. Tətil etmək qərarına gələn dəmiryolçular həmkarlar ittifaqı hökuməti qatarlarda lazımi təhlükəsizlik tədbirlərini görməməkdə günahlandırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31