İspaniyada yeni qanunu krizə səbəb oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyada cinsi qısnama hallarında qadınları daha da qorumaq üçün oktyabr ayında hökumətin qəbul etdiyi qanun bəzi texniki çatışmazlıqlar səbəbindən bu cinayətə görə məhkum olunmuş 74 məhbusun azadlığa buraxılmasına, 721 məhkumun isə cəzalarının yüngülləşdirilməsinə səbəb olub. İctimaiyyət tərəfindən "yalnız bəli bəlidir" şüarı ilə tanınan, şifahi və açıq razılıq olmadan cinsi əlaqəni zorlama kimi qiymətləndirən qanun dəyişikliyi bu cinayətdə təqsirli bilinən məhbusların azadlığa buraxılmasına və ya cəza müddətinin azaldılmasına səbəb olur. İspaniya Ədliyyə Baş Şurasından verilən açıqlamada indiyədək 74 məhbusun qanundakı çatışmazlıqlar səbəbilə azadlığa buraxıldığı, 721 məhbusun isə cəzalarının yüngülləşdirildiyi bildirilib.

Mütəxəssislər qanunda təcavüz və cinsi zorakılıq arasında fərq qoyulmadığını, cinayətin geniş miqyasda işlənməsini, Konstitusiyanın şəxsi hüquqların lehinə olan sanksiya müddəaları ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31