Lionel Messi ÖLÜMLƏ HƏDƏLƏNDİ

PSJ-nin futbolçusu Lionel Messi ölkəsi Argentinada ölümlə hədələnib.

Olaylar.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonella Rokutsaya məxsus mağazaya 14 dəfə atəş açıblar. 
Ətraflı

Onlar divara "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri - red.) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni araşdırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31