Rusiya Ukraynaya daha 3 raket hücumu həyata keçirib

Rusiya son 24 saatda Ukraynaya 24 hava və 3 raket hücumu həyata keçirib.

Olaylar.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Vurğulanıb ki, Rusiya qüvvələri  mülki infrastrukturlara, o cümlədən Sumi rayonunun Ulanove kəndinə 55-dən çox hücum həyata keçirib.

Həmçinin, Ukrayna hərbi hava qüvvələrinin rus əsgər və texnikasının cəmləşdiyi bölgələrə 13 dəfə zərbə endirdiyi də qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31