Sərnişinlərə “qütb parıltısı”nı göstərdi - FOTO

Finlandiyanın "Finnair" aviaşirkətinin pilotu sərnişinlərə "qütb parıltısı"nı göstərmək məqsədilə təyyarənin hərəkət trayektoriyasını dəyişmək qərarına gəlib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, təyyarə Kuusamo şəhərindən paytaxt Helsinkiyə uçub.

Təbiətin ən möhtəşəm görüntülərindən birinə şahidlik edən sərnişinlər çəkdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar.

Sərnişinlər onlara bu mənzərəni görmək şansını yaradan pilotlara da xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31