İsrailin hansı şirkəti NATO ölkəsinə raket sistemləri tədarük edəcək?- ÖZƏL
2 Mart 2023 16:25 DünyaOlaylar.az xəbər verir ki, İsrailin Elbit şirkəti adı açıqlanmayan NATO üzvü olan ölkəyə raket sistemləri tədarük edəcək . Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir .Məlumata görə, söhbət 119 milyon dollara ATMOS mobil haubitsa sistemlərinin bir batalyonunun və 133 milyon dollara iki MLRS PULS sistem və mərmi batareyasının tədarükündən gedir. Bildirilir ki, ATMOS sistemləri iki il ərzində, MLRS PLUS isə üç il ərzində təhvil veriləcək. Elbit Systems-in prezidenti və baş direktoru Bezhalel Mahlis, "Biz Avropa ölkələri və NATO üzvləri də daxil olmaqla, dünyanın hər yerindən hərbi qüvvələrdən qabaqcıl artilleriya həllərinə tələbatın artdığını görürük" dedi.
Daha əvvəl "Financial Times" yazıb ki, Almaniyanın silah ehtiyatları müharibə vəziyyətində cəmi bir neçə gün davam edə bilər və onların doldurulması ölkəyə 20 milyard avroya başa gələcək.