Zəlzələ zamanı qeyri-adi hadisə: Göl alovlanmağa başladı - VİDEO
2 Mart 2023 13:51 DünyaTürkiyədə zəlzələ zamanı ortaya çıxan görüntülər şok yaradıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, Adıyamanın Gölbaşı mahalında 2 göl zəlzələnin meydana gəldiyi anlarda alovlanmağa başlayıb. Gölün suyu qaynayıb, alovlar havaya qalxıb.
Təşvişlə çölə çıxan vətəndaşlar Gölbaşı və İnekli gölündə alovların artdığının fərqinə vararaq metrlərlə yüksələn tüstünü lentə alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31