Türkiyədə avtomobillərin olduğu bərə yanıb, ən azı 30 nəfər xəsarət alıb.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə "İHA" xəbər agentliyi məlumat yayıb.
Yanğın bu gün səhər 06:30 radələrində baş verib. Hadisə naməlum səbəbdən Bandırma-Tekirdağ marşrutu ilə hərəkət edən gəmidə baş verib.
Yanğın söndürülüb, bərə və avtomobillərə ciddi ziyan dəyib.