Qatar qəzasının səbəbi bəlli oldu

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı qatar qəzasının səbəbi bəlli olub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan dərhal sonra saxlanılan Larisa şəhər vağzalının rəisi səhvə yol verdiyini etiraf edib:

"Mən səhvə yol verdim və minik qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım".

Qeyd edək ki, Yunanıstanda qatarların toqquşması nəticəsində 36 nəfər ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31