Şimali Koreyaya qarşı sanksiyalar GENİŞLƏNDİRİLDİ

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qara siyahıya salınmış şəxslər rəsmi Pxenyanı dəstəkləmək üçün qeyri-qanuni gəlir əldə ediblər.

Məsələ ilə bağlı danışan ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson qeyd edib ki, Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramları beynəlxalq təhlükəsizliyi təhdid edir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31