Neft və qazla qızdırılma QADAĞAN EDİLƏCƏK

Almaniya 2045-ci ilə qədər evlərin neft və qazla qızdırılmasını qadağan etmək istəyir.

Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Bildirilib ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek 2045-ci ilə qədər neft və qazla isitməni qadağan edən qanun layihəsi hazırlayıb. İlk mərhələnin 2024-cü ildən etibarən başlayacağı bildirilib.

Qanun layihəsinin mətninə əsasən, 2024-cü ildən etibarən yalnız istilik enerjisinin ən azı 65%-ni bərpa olunan enerji mənbələrindən istehsal edən istilik sistemlərinin quraşdırılmasına icazə veriləcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31