İran 2 alman diplomatını persona non-qrata elan edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Almaniyanın Tehrandakı səfirliyində iki diplomatı persona non-qrata elan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada Almaniyanın Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb. Kenani Berlin administrasiyasının "İranın daxili işlərinə müdaxiləçi və məsuliyyətsiz hərəkətlərindən" sonra ölkədəki 2 alman diplomatın persona non-qrata elan edildiyini və bu vəziyyətin Almaniya səfirinə çatdırıldığını bildirib. İranın prioritetinin hər zaman qarşılıqlı hörmət çərçivəsində əlaqələri davam etdirmək olduğunu bildirən Kenani, "Bəzi partiyalar ölkəmizin prinsiplərini və milli suverenliyini görməzlikdən gəlmək istəsə, alternativ variantların müəyyən edilməsi qaçınılmazdır" deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31