ABŞ Somaliyə 61 ton silah-sursat göndərib- ÖZƏL
1 Mart 2023 14:47 DünyaOlaylar.az xəbər verir ki, Somaliyə ABŞ-ın "Əş-Şəbab" terror təşkilatı ilə mübarizədə istifadə edilmək üçün göndərdiyi 61 ton silah və sursat alınıb. ABŞ-dan edilən yazılı açıqlamada, Əl-Şəbabla mübarizə üçün göndərilən silah və sursatların Somaliyə çatdığı paylaşılıb. Açıqlamada 61 ton silah və sursatın Somalinin paytaxtı Moqadişuya gəldiyi qeyd edilib. Digər tərəfdən Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ birgə bəyanat verərək, terrorla mübarizə aparan Somali hökumətinə dəstəklərini bir daha bəyan ediblər. Əl-Şəbabla mübarizədə pilotsuz uçuş aparatları, kəşfiyyat və təlim sahələrində fəaliyyətlər həyata keçirən ABŞ-ın Somalidə 450 personalının olduğu təxmin edilir. Somali ordusu təxminən 7 aydır Əş-Şəbab qruplaşmasına qarşı apardığı əməliyyatlarda əhəmiyyətli irəliləyiş əldə edərək bir çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib.