Suriyada zəlzələdən sonra vəba epidemiyası can alıb- ÖZƏL
1 Mart 2023 13:37 DünyaOlaylar.az xəbər verir ki, Suriyanın şimal-qərbinə nəzarət edən müxalif qrupların tərkibindəki mülki müdafiə qrupu olan Ağ Dəbilqəlilər fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra vəba epidemiyasında 2 nəfərin həyatını itirdiyini açıqlayıb. Zəlzələ Suriyada müxalifət və hökumətin nəzarətində olan ərazilərdə 6 minə yaxın insanın ölümünə səbəb olub. Zəlzələ bölgələrində epidemiya riski səhiyyə sisteminin və müharibə nəticəsində zədələnmiş su ehtiyatlarının qeyri-kafi olması ilə əlaqədar narahatlıq yaratdı. Ötən il Suriyada vəba epidemiyası səbəbindən çoxlu insan həyatını itirib. Xolera şiddətli ishal və qusma ilə özünü göstərən çox yoluxucu və ölümcül xəstəlikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31