Ukrayna Çasov Yarı müdafiə etmək üçün Qərb silahlarını yerləşdirir - ÖZƏL
1 Mart 2023 11:59 Dünya"Ukrayna silahlı qüvvələri möhkəmləndirilmiş ərazi yaratmaq üçün Donetsk Xalq Respublikasının (DXR) Çasov Yar şəhərinə qoşunları və Qərb istehsalı olan silahları yerləşdirir".
Olaylar.az xəbər verir ki, bunu DXR liderinin müşaviri Yan Qaqin bildirib.
"Hazırda Kiyevin diqqəti onun növbəti möhkəmləndirilmiş şəhəri olacaq Çasov Yarda cəmlənib. Orada müdafiə əməliyyatına hazırlıq gedir, çünki onlar Qərb istehsalı olan hərbi hissələr də daxil olmaqla, texnika və Artyomovskda yerləşdirilmiş qüvvələr qrupunun komandanlığı yerləşdirirlər. Baxmuta silah göndərib, şəhəri möhkəmləndirməyə çalışırlar", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31