İranda şübhəli zəhərlənmə faktları ilə bağlı istintaq başladılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, noyabr ayından bu yana İranın 4 şəhərində 650 tələbə qız zəhərlənib. Onların şagirdlərin məktəbə getməməsi üçün qəsdən zəhərləndikləri iddia edilib. Təhsil və Kəşfiyyat nazirlikləri faktlarla bağlı birgə araşdırmalara başlayıb. Ölkədə Qum, Tehran, İsfahan və Burucerd şəhərlərində 14 məktəbdə 3 ayda 650 qız şagird zəhərlənib. Bu hadisədən sonra qızların məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddiaları ortaya atılıb. Hökumət sözçüsü Əli Bahadori Çehromi Kəşfiyyat və Təhsil nazirliklərinin zəhərlənmənin mənbəyini tapmaq üçün birlikdə çalışacaqlarını açıqlayıb. Birincisi, noyabrın 30-da 18 qız şagird zəhərlənmə dəlillərinin tapıldığı Qum şəhərindəki orta məktəbdə xəstəxanaya yerləşdirilib. Digər şəhərlərdəki qız məktəblərində də oxşar halların tapılması müzakirələri qızışdırıb. Ailələr baş verənlərlə bağlı narahatlıqlarını dilə gətirsələr də, iddialar dayanmadı. Bəziləri son aylarda ölkədə baş verən etirazlar səbəbilə qız tələbələrin hədəf alındığını iddia edirdi. Digər qrup isə qızların məktəbə getməsinə mane olmağa çalışdıqlarını iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31