Çindən ABŞ-a reaksiya: Dövlət gücündən sui-istifadə edilir- ÖZƏL
1 Mart 2023 10:41 DünyaOlaylar.az xəbər verir ki, Çin ABŞ administrasiyasının video paylaşma proqramı olan TikTok-a giriş qadağasını dövlət səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, ABŞ hökuməti milli təhlükəsizlik konsepsiyasını həddən artıq aşırıb və digər ölkələrin şirkətlərini sıxışdırmaq üçün dövlət səlahiyyətlərindən sui-istifadə edib. Ağ Ev, Çin TikTok proqramını federal mülkiyyətdə olan cihazlardan silmək üçün 30 gün vaxt vermişdi. Mövzu ilə bağlı təlimatda, ABŞ məlumatlarını təhlükəsiz saxlamaq üçün TikTok-un bütün federal telefonlardan və sistemlərdən çıxarılması; İnternet trafikinin sözügedən tətbiqə çatmasının qarşısını almaq tapşırılıb. Çinin ByteDance şirkətinə məxsus TikTok casusluq iddialarını rədd edərək, narahatlıqların dezinformasiyadan qaynaqlandığını bildirir.