"Məsələnin həllinə başlamaq üçün məktub göndərmişik, lakin hələ də cavab almamışıq” - Yuri Vaskov
28 Fevral 2023 23:36 DünyaUkrayna taxıl sazişinin müddətinin uzadılması üçün Türkiyə və BMT-dən danışıqlara başlamağı xahiş edib, lakin hələ cavab almayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən həftə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov razılaşmanı daha bir il uzatmaq və sazişə daha çox limanların daxil edilməsini istəyib.
"Martın 18-i çox yaxında olduğundan (taxıl sazişi 18 martda başa çatacaq - red.) bu məsələnin həllinə başlamaq üçün məktub göndərmişik, lakin hələ də cavab almamışıq", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31